İsmayıllı meşəsində qanunsuz ağac kəsilib 

15:29 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonu, Buynuz kəndindəki meşədə ağacın kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov hafta.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyi olduğu və qurumuş bir ağacın kəsildiyi müəyyən edilib.

 

O qeyd edib ki, ərazidəki bioloji inkişafdan qalaraq quruyan və küləkli hava şəraitində aşma təhlükəsi olan qurumuş bir ağac kəsilərək İsmayıllı rayonunun qazlaşdırılmamış kəndlərinin əhalisinin oduncaq tədarükü üçün istifadə olunacaq.